RU

Adnan Əhmədzadəni neçə il həbs cəzası gözləyir?

SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini, Azərbaycanda özünü iş adamı kimi geniş təbliğ edən Adnan Əhmədzadə həbs olunub. Bakı şəhəri, Səbail Rayon Məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Maraqlıdır, Adnan Əhmədzadəyə qarşı irəli sürülən ittiham hansı Cinayət Məcəlləsinin maddəsinə əsaslanır? Həmin maddədə azadlıqdan məhrumetmə müddəti neçə ildir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, SOCAR prezidentinin sabiq müavini Adnan Əhmədzadə barəsində həbs tədbiri seçilib.

Ünvanlı

“Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə, küllü miqdarda törədildikdə) və 282-ci (təxribat) maddələri ilə cinayət işi başlanılıb.

Əhmədzadəyə 179.3.2-ci maddə ilə 5 ildən 10 ilədək, 282-ci maddə ilə isə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər”.

Qeyd edək ki, ittihamlar mənimsəmə, israf etmə, etibar edilmiş əmlakın talanması, həmçinin ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə zərər vurmaq məqsədilə təxribat törətməyə yönəlmiş əməllərlə bağlıdır.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
4
1
konkret.az

2Источники