RU

Simonyanın Bakıya səfəri zamanı hansısa razılıq əldə olunub?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO Parlament Assambleyasının Rose-Roth seminarında jurnalistlərə müsahibəsində MTX-nin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, səfərin effektiv olub-olmaması və erməni əsirlərin qaytarılması ilə bağlı razılığın əldə edilib-edilməməsi ilə bağlı suala Qriqoryan belə cavab verib:

“Bütün məlumatları Milli Təhlükəsizlik Xidməti verəcək”.

“Təhlükəsizlik Şurasının rəhbəri Bakıya səfər etməyi planlaşdırırmı” sualına isə belə cavab verib: “Belə müzakirələr yoxdur”.

Избранный
17
3
publika.az

4Источники