RU

Avtobusdan istifadə edən tələbə və yaşlılara güzəşt olacaq? (RƏSMİ)

Yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək.
Tribunainfo.az  xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Yeni model daşıyıcıları sürətlə bu sistemə keçməyə təşviq edir” – o əlavə edib.
Избранный
8
2
tribunainfo.az

4Источники