RU

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq - Rəşad Nəbiyev

BAKI, TurkicWorld

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

TurkicWorld xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyük rol oynaya bilər: "Biz artıq son beş il ərzində bu gündəliyi irəli aparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə də təsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam – cənab Əliyev, cənab Putin və Paşinyan arasında. Yəni artıq ortaya qoyuldu ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

Biz bunu mövcud dəhlizlərə alternativ kimi görmürük, əksinə inanırıq ki, bu, əlavə bir arteriya olacaq və müəyyən dövrlərdə hava və digər şərait imkan vermədikdə, mühüm əhəmiyyət kəsb edəcək. Məsələn, daha çox yük daşınmasına şərait yaradacaq. Ümumilikdə isə təqribən 15 milyon ton əlavə yük dövriyyəsi təmin olunacaq".

"Lakin mən burada dayanaraq əsas məqamı vurğulamaq istəyirəm: biz bunu yalnız tranzit marşrutu kimi görmürük. Biz bunu həm də həmin dəhliz boyunca yerləşən ölkələrin qarşıdakı illərdə firavanlaşması üçün bir yol kimi dəyərləndiririk", - deyə nazir qeyd edib.

Избранный
3
6
turkic.world

10Источники