RU

Uşaqlarda autizm hallarının artması hamiləlik zamanı parasetamoldan istifadə ilə bağlıdır?

ABŞ administrasiyası qadınlara hamiləlik zamanı açetaminofendan istifadə etməməyi məsləhər görüb.

ABŞ prezidenti Donald Trampın administrasiyası uşaqlarda autizm hallarının artması ilə hamiləlik zamanı parasetamol (asetaminofen) istifadəsi arasında mümkün əlaqəni açıqlamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Ekspertlər Nyu Yorkdakı Mount Sinay Tibb Məktəbi və Harvard Universitetinin tədqiqatlarını nəzərdən keçirirlər. Səlahiyyətlilər hamilə qadınlara yalnız yüksək hərarət olduqda parasetamoldan istifadə etməyi tövsiyə etmək niyyətindədir.

Bundan əlavə, onlar leykovorinin (folin turşusu) autizmin müalicəsində istifadə oluna biləcəyi mövqeyini elan etməyi planlaşdırırlar. “The Post” qeyd edir ki, xəstəlik əvvəllər genetik meyllə bağlı idi və sağalmaz hesab edilirdi.

Prezident Tramp və cərrah Robert Kennedi əvvəllər autizm hallarının artmasının peyvəndlə bağlı ola biləcəyini dəfələrlə bəyan ediblər.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, səkkiz yaşlı 31 uşaqdan birində autizm diaqnozu qoyulub. 2000-ci ildə bu göstərici hər 150 uşaqdan biri idi.

Избранный
10
ikisahil.az

1Источники