Müğənni və influenser Aynişan Quliyeva sosial şəbəkədə yeni evindən görüntülər paylaşıb.
Musavat.com xəbər verir ki, o, şəxsi “Instagram” hesabında yayımladığı video ilə izləyicilərinə evinin interyerini təqdim edib.
Aynişan paylaşımına “Xəyal şkafının kilidi açıldı. Bunu sizə göstərmək üçün səbirsizlənirdim” sözlərini yazaraq uzun müddətdir üzərində çalışdığı arzularından birini reallaşdırdığını bildirib.
Videoda evin modern üslubda dizayn edildiyi, zövqlü mebel və dekorasiya elementlərinin seçildiyi diqqətdən yayınmayıb.
Quliyevanın paylaşımı izləyicilər arasında böyük maraq doğurub. Onun səmimi şərhləri və yeni evinə sevincini bölüşməsi sosial şəbəkədə müsbət reaksiyalarla qarşılanıb. İzləyicilər ona yeni evində xoşbəxtlik və uğurlar arzulayıblar.
Könül
Musavat.com