RU

Tramp və Mask amerikalı fəal Kirkin anım mərasimində yan-yana görüntülənib



ABŞ prezidenti Donald Tramp və amerikalı milyarder iş adamı Elon Mask aralarında baş verən dava və gərginlikdən aylar sonra sui-qəsd nəticəsində öldürülən respublikaçı fəal Çarli Kirkin anım mərasimində yan-yana oturaraq söhbət ediblər.
ABŞ mətbuatının yazdığına görə, Tramp və Mask Arizona ştatının Qlendeyl şəhərində keçirilən anım mərasimində görüşüblər.

Görüntülər Maskın Trampın yanında oturduğu, sonra əl sıxaraq bir müddət söhbət etdiyi anı lentə alıb.

Ağ Evin ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımda Tramp və Maskın mərasimdə yan-yana əyləşdiyi və “Çarli üçün” başlığı ilə çəkilmiş fotoşəkili yer alıb.

Mask eyni platformada Trampla söhbət edərkən çəkilmiş şəklini də "Çarli üçün" qeydi ilə paylaşıb.

Məlumata görə, bu, ikisi arasında iyunda gərginlik başlayandan bəri ilk açıq görüşdür.

Tramp-Musk qarşıdurması
ABŞ prezidenti Tramp, o vaxtdan bəri Ağ Evi tərk edən və Konqresin gündəliyindəki vergilərin azaldılması qanun layihəsini sərt şəkildə tənqid edən iş adamı Maskın açıqlamalarından dərin məyus olduğunu bildirib.

Tramp, "Elonla aramızda çox yaxşı münasibət var idi, amma bu münasibətin artıq yaxşı getdiyini bilmirəm. Ona çox kömək etsəm də, Elondan çox məyus oldum" dedi.

Donald Trampın X hesabında verdiyi açıqlamalara cavab verən Mask, "Mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar" şərhini verdi.

Daha sonra ikisi bir-birinin əleyhinə çoxsaylı bəyanatlar verib.

aia.az
Tərcümə şöbəsi





Избранный
9
aia.az

1Источники