RU

Arteta 90+3-də yenilgidən qurtulmalarını belə şərh etdi

İngiltərə Premyer Liqasının 5-ci turunda öz meydanında "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, bərabərlik qolunu 90+3-cü dəqiqədə Qabriel Martinelli ilə vuran "topçular"ın ispan çalışdırıcısının sözlərini London klubunun rəsmi saytı belə çatdırıb:

"Komandam və oyunçularımla çox qürur duyuram. Fikrimcə, ortaya qoyduğumuz futbol, bütün aspektlərdə rəqibi üstələməyimiz möhtəşəm idi. Hesabdan başqa hər şey... "Mançester Siti"yə qarşı oynamağın necə çətin olduğunun fərqindəyəm. Nəticəyə görə məyusuq. Özünü Bilbaoda ən yaxşı tərəfdən göstərən Qabinin (Qabriel Martinelli - red.) bu qarşılaşmada start heyətdə yer alması, bütün gücünü meydanda qoyması və rəqib qapısına yol tapması inanılmazdır".

Nihat

Избранный
7
1
fanat.az

2Источники