RU

Kreml Estoniyanın ittihamlarını əsassız adlandırıb

Kreml Tallinin Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı iddialarını boş və əsassız hesab edir.

Herbiand.az xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Rusiya ordusu ciddi şəkildə beynəlxalq qaydalar, o cümlədən uçuşlarla bağlı qaydalar çərçivəsində fəaliyyət göstərir.

Peskov Ukrayna silahlı qüvvələrinin Krıma hücumu ilə bağlı sualları isə Müdafiə Nazirliyinə yönləndirib.

 

Qeyd edək ki, rəsmi Tallin Rusiyanın hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozduğunu açıqlayıb. Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb. Məlumata görə, təyyarələrin uçuş planı olmayıb və transponderləri söndürülüb. Pozuntu zamanı Estoniyanın hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hava məkanının pozulması ilə bağlı etiraz bildirmək və diplomatik nota təqdim etmək üçün çağırıb.

"Politico"nun məlumatına görə, Rusiya "MiQ"-ləri Estoniyanın paytaxtı Tallinə qədər gəlib çatıb. NATO Rusiya təyyarələrini geri qaytarmaq üçün İtaliyaya məxsus F-35-ləri havaya qaldırıb.[APA]

Избранный
16
1
herbiand.az

2Источники