RU

"Yaşıl dünya anlayışları” - Təqdim edildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclik və Maarifçilik” İctimai Birliyi tərəfindən icra olunan “Yaşıl dünya anlayışları” adlı layihə yekun mərhələyə qədəm qoyub.

News24.az xəbər verir ki, layihə çərçivəsində eyni adlı, 47 səhifəlik kitabça hazırlanaraq çapa təqdim edilib. Nəşrdə “yaşıl dünya” konsepsiyası ilə bağlı dilimizdə və beynəlxalq elmi terminologiyada işlədilən anlayışlar sadə, anlaşıqlı və elmi əsaslara söykənən formada izah olunub. Kitabça həm gənclər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmub.

Bu nəşrin əsas məqsədi gənc nəslin ekoloji düşüncəsinin formalaşdırılması, ekoloji təmiz həyat tərzinin təbliği, “yaşıl şüur”un cəmiyyətdə daha geniş yayılması və ekoloji savadlılığın artırılmasına töhfə verməkdir. Kitabçada təqdim olunan izahlar və nümunələr oxucuları həm nəzəri biliklərlə, həm də gündəlik həyatda tətbiq oluna biləcək praktiki tövsiyələrlə zənginləşdirir.

Layihənin davamı olaraq, kitabçanın ali təhsil müəssisələrindən birində təqdimatı təşkil ediləcək, tələbələr və gənc mütəxəssislərlə müzakirələr aparılacaq. Təqdimat zamanı iştirakçılara ekoloji çağırışlar, qlobal iqlim dəyişikliyi ilə bağlı aktual məsələlər və Azərbaycanın “yaşıl dünya” təşəbbüslərinə verdiyi töhfələr barədə ətraflı məlumat veriləcək.

“Gənclik və Maarifçilik” İctimai Birliyi inanır ki, bu layihə ölkəmizdə ekoloji mədəniyyətin inkişafına və davamlı gələcəyin qurulmasına dəyərli töhfələr verəcək.


Избранный
67
1
news24.az

2Источники