RU

Levon Ter-Petrosyandan Paşinyana sərt sözlər: həyasızlığının sərhədi yoxdur

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib. O, “Facebook” səhifəsində yazıb ki, “Paşinyanın ‘fikirlər uçuşu’ və həyasızlığı sərhəd tanımır”.

Musavat.com xəbər verir ki, Ter-Petrosyanın iddiasına görə, Paşinyan Qarabağla bağlı bəyanatları ilə müharibəyə səbəb olub, Rusiya prezidentinin müharibəni dayandırmaq təklifini rədd edib, minlərlə gəncin həyatını qurban verib və on minlərlə əsgəri əlil edib. O həmçinin Paşinyanı Qarabağdan Ermənistana sığınmış qaçqınlara amansızlıq göstərməkdə və Bakıda saxlanılan erməni əsirlərin taleyinə biganə qalmaqda ittiham edib.

Ter-Petrosyan qeyd edib ki, bütün bunlara baxmayaraq, Paşinyan hər gün özünü sülh gətirən lider kimi təqdim edir və xalqdan təşəkkür gözləyir: “Almadıqda isə bütün qəzəbini xalqa yönəldir”.

Ter-Petrosyan əlavə edib ki, Ermənistanın müstəqillik günü Paşinyana aid bayram deyil: “O, bu müstəqilliyi sevmir, çünki onu gətirən o deyil, başqalarıdır”.

Musavat.com

Избранный
6
musavat.com

1Источники