RU

Levon Ter-Petrosyan Paşinyanı sərt tənqid etdi: “O, özünə xəyanətkar kimi yer hazırlayıb” – ÖZƏL

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib. 

Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə yazdığı açıqlamasında Paşinyanın Qarabağ və Ermənistanla bağlı siyasətini "faciəvi səhvlər silsiləsi" adlandırıb.

Ter-Petrosyan qeyd edib ki, Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ilə müharibə elan edib, nəticədə isə Ermənistan ağır məğlubiyyətə uğrayıb. O, həmçinin Rusiyanın atəşkəs təklifini rədd etməsini "axmaqlıq" kimi dəyərləndirib.

Birinci prezidentin sözlərinə görə, Paşinyan 5 min gəncin həyatına son qoyub, 10 mindən çox əsgəri əlil vəziyyətinə salıb, Qarabağın tamamilə boşaldılmasına səbəb olub. O, həmçinin yüzlərlə hərbçinin girov kimi Azərbaycana verildiyini, on minlərlə qaçqının isə acınacaqlı duruma düşdüyünü vurğulayıb.

Ter-Petrosyan Paşinyanı erməni xalqına "saxta sülh bəxş etdiyini iddia etməkdə" və bunun müqabilində minnətdarlıq tələb etməkdə günahlandırıb. O bildirib ki, Paşinyan bu gün artıq "erməni xalqının xəyanətkarları" sırasında özünə yer təmin edib.

O, Paşinyanı tarixi erməni xainləri ilə bir sırada adlandıraraq onun ölkənin müstəqilliyini də "düşmənçiliklə qarşıladığını" söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники