RU

Kim Çen In Şimali və Cənubi Koreyanın birləşməsindən danışıb

“Şimali və Cənubi Koreya heç vaxt birləşə bilməyəcəklər, çünki onlar iki fərqli ölkədir”.

Missiya.Az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

"Biz Cənubi Koreya ilə necə birləşə bilərik? Dünya tarixində belə bir şəraitdə müharibə edən iki ölkənin birləşdiyi bir hal olubmu? Əgər bir ölkə yoxa çıxmalı olacaqsa, niyə buna can atırıq? Qanunvericiliyimizdə açıq şəkildə qeyd edirik ki, biz və Cənubi Koreya bir-birimizlə həmsərhəd olan iki fərqli ölkəyik və heç vaxt bir ola bilməyəcəyik", - siyasətçi vurğulayıb.

Kim Çen In qeyd edib ki, Pxenyan milli maraqlar baxımından Seulla vahid dövlət yaratmağın mənasını görmür. 

O, Cənubi Koreyanı bütün sahələrdə ABŞ-nin böyük təsiri altında olan müstəmləkə ölkəsi adlandırıb.

Daşqın HəsənovMissiya.Az

 

Избранный
2
missiya.az

1Источники