RU

Un məmulatlarından imtina etdikdən sonra bədəninizdə bu dəyişiklikləri görəcəksiniz

Diyetoloq Giglio: Tort və çörəkdən imtina yeməkdən sonra yuxululuğu azaldır.

E-saglam.az xəbər verir ki, diyetoloq Vanessa Giglio bildirir ki, çörək, makaron, tort, peçenye və digər ağ un məhsullarından imtina edildikdə orqanizmdə bir sıra müsbət dəyişikliklər baş verir. O, bu dəyişiklikləri Terra ilə müsahibəsində açıqlayıb.

Giglio deyir ki, un məmulatlarını aradan qaldırmaq qan şəkərinin səviyyəsini sabitləşdirir və iştahın daha yaxşı idarə olunmasına kömək edir. Bundan əlavə, piylənmə və metabolik sindrom zamanı rast gəlinən aşağı dərəcəli iltihab da azalır.

Mütəxəssisin sözlərinə görə, pəhrizi yenidən nəzərdən keçirmək yeməkdən sonrakı yuxululuğu azaldır və gün ərzində enerji səviyyəsini artırır. Ağ un məhsullarının aradan qaldırılmasının digər faydaları şirin istəyinin azalması və arıqlamağa kömək etməsidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники