RU

"Neftçi" və "Zirə"nin sabiq futbolçusu İraq klubuna keçdi

BAKI, 22 sentyabr. TELEQRAF

Yayda "Zirə"dən ayrılan futbolçu Yusuf Lavalın yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İraqda davam etdirəcək.

27 yaşlı oyunçu "Əl-Karx" klubuna keçib.

Laval 2024-cü ilin yayından "Zirə"də çıxış edirdi. O, 2020-2022-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

Qeyd edək ki, Yusuf Laval ötən mövsüm ərzində meydanda olduğu 10 oyunda bir qol müəllifi olub.

Избранный
50
1
teleqraf.com

2Источники