RU

Düşmənin bu dar pilləkənlərdən keçib Mərdəkan qalasını istila etməsi mümkünsüz kimi görünür Video

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu günlərdə tarixi vərəqləyə bilmək üçün yolumuzu Mərdəkan qəsrindən saldıq. Unutmadan qeyd edək ki, Mərdəkanda iki tarixi abidə var. Onlardan biri bizim də üz tutduğumuz dördkünc Mərdəkan qəsridir.

Mərdəkan qəsri XII əsrdə Şirvanşah III Minuçuhrin oğlu I Axistan tərəfindən inşa olunub. Qala bürcünün hündürlüyü 22 metrdir. Qala müxtəlif zamanlarda müdafiə-müşahidə məntəqəsi, qala kimi istifadə edilib.

Qala müharibə zamanı qadın və uşaqların qorunması üçün sığınacaq rolunu da oynayıb. Qala elə tikilib ki, müharibə zamanı birinci səddi aşa bilən düşmən ikinciyə daxil ola bilməsin. Qalanın pilləkənləri kifayət qədər dardır. Yəni düşmənin bu pilləkənlərdən keçib qalanı istila etməsi mümkünsüz kimi görünür. Qalada birinci və dördüncü örtük betondan, ara mərtəbələrin döşəmə-tavanı isə taxtadandır. Qalanın kənarları qüllələrlə möhkəmləndirilib.

Etiraf edim ki, qalanın ətrafına yaxşı baxılır. Qala ərazisində yaşıllıq salınıb, müxtəlif ağaclar və bitkilər yetişdirilib. Təmizliyə isə söz ola bilməz. Qalaya nəzarət edən şəxs də gələn qonaqlarla danışır, gələn turistləri qalanın həyətində olan quyular və saxlama yerləri haqqında məlumatlandırır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
icma.az

1Источники