Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanın paytaxtı İrəvana səfər edib.Metbuat.az xəbər verir ki, bu barədə məlumatı mərkəz öz feysbuk hesabında paylaşıb. Bildirilib ki, M.Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir. Onun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.