RU

İrandan Azərbaycana qarşı növbəti riyakarlıq: Bakının cavabı nə olacaq?

Tehranda yerləşən “Azadi” qülləsi Ermənistanın Müstəqillik Günü münasibətilə Ermənistan bayrağının rənglərində işıqlandırılıb. Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və Azərbaycanın İrana qarşı münasibətlərinə təsir edib-etməyəcəyi maraq doğurur.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu addım rəsmi Tehranın Azərbaycana qarşı mövqeyinin bariz nümunəsidir:

Azərbaycan

“Bu, ilk belə hadisə deyil. 44 günlük müharibə dövründə, həmçinin ondan sonra da İran hər zaman Ermənistanı dəstəkləyib. Bu, həm Azərbaycanda, həm də beynəlxalq arenada məlumdur. İranın Azərbaycana neqativ mövqeyi inkar edilməz reallıqdır və artıq ciddi təəccüb doğurmur. Bu baxımdan, Ermənistanın Müstəqillik Günü ilə bağlı belə addımlar gözlənilməz deyil və böyük ehtimalla Azərbaycan–İran münasibətlərinə ciddi təsir göstərməyəcək.”

Xalidbəyli vurğulayıb ki, Rəsmi Bakı hər zaman İranla münasibətlərin balanslı və normal səviyyədə qalmasına çalışır:

“İran artıq daha ciddi addımlar atıb, amma Bakı balanslı xarici siyasət yürüdərək münasibətlərin normal qalmasını təmin edib. Rəsmi Tehran heç bir gözlənilməz və qeyri-adi addım atmayıb, yalnız ənənəvi davranışını nümayiş etdirib. Buna baxmayaraq, Azərbaycan İranın mümkün neqativ addımlarını nəzərə alır və münasibətlərin sabit qalması üçün pozitiv hərəkətlər sərgiləyir.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
20
1
konkret.az

2Источники