RU

Simonyan xərçəng olduğunu açıqladı - "Tezliklə məni parikdə görəcəksiniz"

"Rossiya Seqodnya" və RT beynəlxalq media qrupunun baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə aldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, həmçinin həyat yoldaşı, rejissor Tiqran Keosayanın komada olduğunu bildirib.

Simonyan bu barədə şəxsi telegram kanalında izləyicilərinin sualına cavab verərkən yazıb:

"Yaxşı olduğumu yazmaq istərdim, amma heç vaxt yalan danışmıram. Tiqran hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram. Tezliklə məni parikdə görəcəksiniz, hansının mənə daha çox yaraşdığını birlikdə seçəcəyik" .

Xatırladaq ki, bundan öncə Simonyan ciddi xəstəliklə üzləşdiyini və əməliyyat olunacağını bildirmişdi. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
16
1
milli.az

2Источники