Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
Busaat.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.
Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.