Müəllif: Gülnar Əhmədli, Banco.az
Fransadan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Azərbaycana 12 milyon 73 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə (9 milyon 536 min dollar) çoxdur. Ötən ilin yanvar-iyun aylarında bu məbləğ 2 milyon 537 min dollara bərabər olub.
Qeyd edək ki, birinci yarımildə Fransadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ilin yanvar-iyun aylarındakı 0,4%-dən 2,3%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!