RU

Fransanın yeni tipli ilk freqatı öz doğma limanına qayıdıb

Fransanın yeni nəsil FDI sinifli “Admiral Ronarc” freqatı öz doğma Brest limanına gəlib.

Herbiand.az bildirir ki, gəmi sentyabrın 15-də inşa edildiyi Loryandakı “Naval Group” gəmiqayırma zavodunu tərk etmişdi.

Ümumilikdə, Fransa Hərbi Dəniz Qüvvələri beş FDI sinifli freqat (Fregate de Defense et Intervention) sifariş edib. Onlar 1996-2001-ci illərdə istismara verilmiş “Lafayette” sinifli gəmiləri əvəz edəcəklər.

Fransa donanması üçün nəzərdə tutulan daha iki FDI sinifli freqat tikintinin müxtəlif mərhələsindədir.

“Admiral Ronarc” freqatının uzunluğu 122 metr, eni 18 metrdir. 5000 mil məsafə qət etmək və 45 gün dözümlü olmaq üçün nəzərdə tutulub. Heyət 125 nəfərdən ibarətdir (əlavə 28 nəfər də yerləşdirilə bilər).

Gəminin döyüş sistemləri “Naval Group”-un xüsusi SETIS 3.0 sistemi ilə idarə olunur. Freqatın arsenalına MM40 “Exocet” gəmi əleyhinə raketləri, Aster-15/30 zenit raketləri, 76 mm top qurğuları, 20 mm-lik “Narval” uzaqdan idarə olunan artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir. O, həmçinin çəkisi 700 kq-a qədər olan pilotsuz uçuş aparatını (PUA) və NH90 çoxməqsədli helikopterini daşımaq üçün nəzərdə tutulub.

Gəminin sistemlərinin müasir kibertəhlükələrdən və elektron əks-tədbirlərdən qorunmasına xüsusi diqqət yetirilir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
3
herbiand.az

1Источники