RU

SON DƏQİQƏ: Putindən hadisə kimi yeni açıqlamalar

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Təhlükəsizlik Şurasının iclasında Qərbə qarşı sərt bəyanatlar səsləndirib. 

Olaylar.az xəbər verir ki, o, strateji sabitlik sahəsində vəziyyətin "getdikcə pisləşdiyini" bildirərək Qərbin atdığı addımların nüvə dövlətləri arasında konstruktiv münasibətlərin əsasını sarsıtdığını iddia edib.

Putin açıqlamasında bir daha hərbi ritorikaya üstünlük verib:

"Orta və qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı moratoriumdan imtina məcburi addımdır. Rusiya hər hansı mümkün təhdidlərə hərbi güclə cavab verməyə hazırdır. Öz çəkindirici qüvvələrimizin etibarlılığına əminik".

O, ABŞ-la imzalanmış sazişlərin demək olar ki, tamamilə dağıdıldığını vurğulayıb və Vaşinqtona yeni "təklif" irəli sürüb. Putinin sözlərinə görə, Rusiya 2026-cı il fevralın 5-dən sonra, əgər ABŞ da eyni addımlar atarsa, bir il müddətində DSNV (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) çərçivəsindəki say məhdudiyyətlərinə əməl etməyə hazırdır. Bununla yanaşı, ABŞ-ın kosmosa silah yerləşdirməsini strateji sabitliyə zərbə kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
3
olaylar.az

4Источники