RU

Baş Prokurorluğun açıqlaması

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşmışdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb etmiş, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmamışdır.

Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilmiş, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirmişdir.

Nurəngiz AdilqızıXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
19
xalqqazeti.az

10Источники