RU

İran və Rusiya yeni atom elektrik stansiyalarının tikintisinə dair saziş imzalayacaq

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran və Rusiya yeni atom elektrik stansiyalarının tikintisinə dair saziş imzalayacaq.

APA xəbər verir ki, bu barədə İranın Atom Eerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Moskvaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, bu həftə müvafiq sənədlər imzalanacaq.

“İkitərəfli saziş Rusiyaya 4-ü Buşəhrdə olmaqla 8 zavod tikməyi nəzərdə tutur. İran növbəti zavodların tikintisi ilə bağlı Rusiyanı məlumatlandıracaq”, - o qeyd edib.

Eslami əlavə edib ki, İran nüvə stansiyalarından 20 000 MVt enerji istehsal etməyi planlaşdırır və bu prosesdə əsas tərəfdaş Rusiyadır.

“Moskvaya bu səfər İran-Rusiya münasibətləri, xüsusilə enerji və nüvə əməkdaşlığımız üçün əlamətdar məqamdır. Biz nüvə layihələrinin inkişafını sürətləndirmək məqsədilə nəzərdə tutulan sazişlər imzalayacaq və mühüm səfərlər edəcəyik”, – o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
5
apa.az

6Источники