RU

Avtobuslarda gediş haqqı forması dəyişəcək – AYNA işlər aparır

Hazırda vətəndaş avtobuslar üçün standart 50 qəpik ödəniş edir.

Uzaq məsafədən gələn şəxs əgər mənzil başına çatmaq üçün 3 avtobus dəyişməli olursa bu zaman ödəniş artır, sözügedən hal isə öz növbəsində vətəndaşda avtobusa marağı azaldır və alternativ nəqliyyat vasitəsinə yönəldir.

Milli.Az xəbər verir ki, avtobuslarda gediş haqqının fərqli formada ödənilməsi üzərində işlər aparılır.

Yeni ödəniş metdodu vaxta yönəlik olacaq. Məsələn vətəndaş 50 qəpik ödəniş edir və avtobusdan 1 saat istifadə haqqı alır. 1 saat ərzində 3 avtobusa da minsə ödəniş dəyişmir, yekunda 50 qəpik ödəmiş olacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə üzərində işlər aparılır. Ödənişlər tam elektronlaşdıqdan sonra bu sistemin tətbiqi nəzərdə tutulub.

Избранный
9
1
editor.az

2Источники