RU

Azərbaycanla "ACWA Power" su və torpaq sahəsində bilik və təcrübə mübadiləsi sazişi imzalayıb

Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə "ACWA Power" su və torpaq sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıblar.

Day.Az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə Anlaşma Memorandumunu Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Selim Güven imzalayıblar.

Saziş institutun fəaliyyət sahəsində elmi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Избранный
60
1
day.az

2Источники