Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.
Axar.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.
Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.
Yaralı Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.