RU

Prokurorluq Zeyqəm Süleymanova cavab verdi

Baş Prokurorluq tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti Zeyqəm Süleymanovun keçmiş gəlini ilə bağlı şikayətlərinə cavab verib.

 Tribunainfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşıb: “Bildirilir ki, vətəndaş Zeyqəm Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb. Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib. Vətəndaş dəfələrlə qəbul edilərək dinlənilib və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib”.

Qeyd edək ki, daha əvvəl Z.Süleymanov mətbuata açıqlama verərək keçmiş gəlinini yenidoğulmuş 9 günlük körpəsinin ölümündə günahlandırmışdı.

Избранный
4
19
tribunainfo.az

10Источники