İranın azad bazarında dolların məzənnəsi 106 min tümən həddini keçərək, əvvəlki rekordu yeniləyib.
ONN media xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, sentyabrın 20-dən bu yana dolların qiyməti 3000 tüməndən çox artaraq, sentyabrın 22-i səhər saatlarında 106.260 tümənə çatıb.
Bildirilib ki, dolların bahalaşması tətik mexanizminin işə düşməsi və BMT-nin Tehrana qarşı sanksiyalarının geri qayıtması ehtimalının artması ilə bağlıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта