RU

Türkiəli məqşçinin kareyerasında İLK: məşhur ərəb klubu elçi düşdü

ain.az bildirir, Milli.az portalına istinadən.

Son olaraq "Trabzonspor"u çalışdıran təcrübəli mütəxəssis Abdullah Avcıya sürpriz təklif gəlib.

Milli.Az xəbər verir ki, o, müqaviləyə imza atacağı təqdirdə 23 illik məşqçilik karyerasında ilk dəfə olaraq ölkə xaricində bir klubun baş məşqçisi olacaq.

"Əl-Əhli"-nin namizədlər siyahısında

"Koora"nın yaydığı xəbərə görə, Misirin məşhur klubu "Əl-Əhli" baş məşqçi Xose Riveyro ilə yollarını ayırıb. Yeni çalışdırıcı axtarışına başlayan komanda rəhbərliyi namizədlər sırasında Abdullah Avcını da görür.

Xəbərdə qeyd olunub ki, türkiyəli mütəxəssislə yanaşı, Rui Vitoriya və Ramon Diasın da məşqçiliyi nəzərdən keçirilir.

Məlumatda yeni baş məşqçi qərarının bu həftə veriləcəyi bildirilib.

Tural

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
news.milli.az

2Источники