RU

Qusarın Laza kəndində güclü palçıq axını baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusar rayonunun dağlıq ərazisində yerləşən Laza kəndində "Qoşaşəlalə" adlanan yerdə güclü yağışdan sonra palçıq axını baş verib.
Sakinlərin Oxu.Az-a verdikləri xəbərə görə, vulkan püskürməsinə bənzəyən palçıq axını sözügedən ərazidən kəndə doğru hərəkət edir.
Artıq təbiət hadisəsi ilə bağlı Qusar Rayon İcra Hakimiyyəti qabaqlayıcı tədbirlərə başlayıb. Əraziyə göndərilən ağır texnika göndərilib.
Qeyd edək ki, kənddə ilk dəfə belə hal 1993-cü ildə baş verib. O zaman üç ev palçıq altında qalıb.
Əli Məmmədov
Избранный
14
oxu.az

1Источники