BAKI, 22 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema karyerasını Portuqaliya təmsilçisi "Benfika"da davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkə hesabında paylaşım edib.
Joze Moirinyo "Real Madrid"də birgə işlədiyi 37 yaşlı fransalı hücumçunu şəxsən sərəncamında görmək istəyir. Ərəblər isə Benzemanı qış fasiləsində 5-7 milyon avroya satmağa razıdır.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində iki oyun keçirib və 3 qol vurub. O, Fransa millisində 97 oyun keçirib və 37 qol müəllifi olub. O, 2009-2023-cü illərdə "Real Madrid"də forma geyinib.