Azərbaycanda keçirilən Beynəlxalq İnvestisiya Forumu ənənəvi tədbirə çevriləcək.
“APA-Economics” xəbər verir ki, bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Forumun hər il sentyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulur:
“Məqsəd yalnız ölkə iqtisadiyyatına deyil, həm də regionumuzdakı iqtisadi imkanlara və əməkdaşlığa diqqət yönəltməkdir”.