RU

Nəqliyyat vasitələrinin Bakının mərkəzinə girişi ödənişli olmalıdır Ekspert səbəbini AÇIQLADI

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Şəxsi avtomobillərin şəhər mərkəzinə daxil olması ilə bağlı ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, bir neçə gün əvvəl o, şəhərin mərkəzinə şəxsi avtomobillərin girişini məhdudlaşdırmaq məqsədilə bəzi mərkəzi yollar və prospektlərdə ödənişlərin tətbiqinin effektiv variant olacağını vurğulayıb:

“Məsələn, girişin qiyməti 10 manat olarsa, bir adam şəhərin mərkəzinə 10 dəfə gəlsə, bu, 100 manat edir. Ona görə də, insanlar bütün işlərini elə nizamlayacaq ki, şəhərin mərkəzinə avtomobillə mümkün qədər az gəlsin”.

Daha sonra ayrıca zolaq məsələsinə də toxunan ekspert, buna düzgün yanaşmadığını qeyd etdi:

“Ödənişli ayrıca zolaq yaratmaqla digər zolaqların imkanlarını azaltmaq problemin həlli deyil. Ümumiyyətlə, Bakı şəhərinin içərisində elə ərazilər var ki, ora müəyyən nəqliyyat vasitələrinin girişinə icazə vermək olar. Məsələn, yaşayış olan yerlərə ərzaq və dərman daşıyan nəqliyyat vasitələrinin girişi təmin olunmalıdır, vəssalam. Yerdə qalan nəqliyyat vasitələrinin girişini qadağan etmək lazımdır”.

Ekspertin sözlərinə görə, müəyyən ərazilərə pullu giriş tətbiq edilə bilər:

“Məsələn, Nizami metrosunin ətrafı, o cümlədən Nərimanov metrosuna yaxın ərazilər, Həsən Əliyev prospektinin bir hissəsi kimi yerlərə girişi pullu etmək olar. Hər halda, dünya təcrübəsində belə nümunələr mövcuddur. Məsələn, Nyu-Yorkda, Yaponiyanın müəyyən şəhərlərində, böyük şəhərlərdə bu praktika var. Azərbaycan vətəndaşlarının büdcəsinə bu nə qədər uyğundur, bu, ayrı məsələdir, nəsə deyə bilmərəm. Amma biz alternativ olaraq ictimai nəqliyyatı o qədər inkişaf etdirməliyik ki, insanlar şəxsi nəqliyyat vasitələrindən daha çox ictimai nəqliyyata üstünlük versinlər. Metroların sayı, metro çıxışlarının sayı, vaqonların hərəkət intervalının minimuma endirilməsi və s. kimi işləri nəzərdə tuturam.”

Lalə,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
www.bakupost.az

2Источники