Ukrayna Prezidenti Volodimir Zelenski uşaqlarının yerini açıqlayıb. Yeniavaz.com xəbər verir ki, o, bu barədə mətbuat konfransında məlumat verib. Zelenski ailəsi ilə bağlı sualı cavablandırarkən, onların Ukraynada olduqlarını bildirib. Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə universitetdə dərslərdə iştirak edir. “Onların burada olduqlarına görə şadam”, - Zelenski əlavə edib. Qeyd edək ki, Ukrayna Prezidenti 2023-cü ilin yayında ona oxşar təklif gəlməsinıə baxmayaraq, on yaşlı oğlunu və digər ailə üzvlərini xaricə aparmaqdan imtina etmişdi. O, ölkə üçün belə ağır bir vaxtda uşaqlarının xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsinin ədalətsizlik olacağını bildirmişdi.