RU

İqtisadiyyat İnstitutunda Milli Məclisin komitə sədri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovla işgüzar görüş keçirilib. Tədbirə İqtisadiyyat İnstitutunun aparıcı tədqiqatçıları ilə yanaşı ölkənin bir sıra tanınmış iqtisadçıları da qatılıblar. 

Qonağı təqdim edən İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli bildirib ki, görüşün məqsədi Azərbaycan Respublikasının Milli Məclisi ilə iqtisadçı alimlər, tədqiqatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması imkanlarını və perspektivlərini, ölkədə iqtisadi qanunvericiliyin formalaşdırılmasında tərəflərin bir-birilərindən gözləntilərini müzakirə etməkdir. Bu sahədə əməkdaşlıq, onu fikrincə, bütövlükdə ölkəmizdə iqtisadi qanunvericiliyin təkmilləşdirilməsinə və qanun yaradıcılığı prosesinə mühüm fayda verə bilər. 

Azər Əmiraslanov Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatların qanunvericilik təminatı, iqtisadi qanunvericilik bazası, qanun yaradıcılığı prosesi və s. barədə danışıb. Xüsusən də qanun yaradıcılığı prosesinə akademik dairələrin, alimlərin, tədqiqatçıların cəlb olunmasının əhəmiyyətini və vacibliyini vurğulayıb. İslahatlara, iqtisadi siyasətə, iqtisadi qanunvericiliyin formalaşdırılmasına elmi dəstəyin, dövlət qurumları arasında, xüsusən də Milli Məclislə ETN İqtisadiyyat İnstitutunun əməkdaşlığının zəruriliyini, bu əməkdaşlığın qanunların keyfiyyətini artıra biləcəyini, qanunvercilik bazasının təkmilləşdirilməsindəki rolunu qeyd edib. 

Komitə sədri vurğulayıb ki, iqtisadi qanunvericilik həm də iqtisadi siyasətdir, onun elmi təminatına, bu sahələrin inteqrasiyasına ehtiyac var. İqtisadi qanunvercilik iqtisadi idarəetmənin və tənzimlənmənin əsas alətidir. Digər tərəfdən, iqtisadi qanunvericilik bazası biznesə təsiri baxımından dayanıqlı, sabit olmalıdır. Bu baxımdan dövlət qurumlarının fəaliyyətində, iqtisad siyasətdə elmi aspektin təmin edilməsi mühüm amildir. Bunlarla yanaşı, ölkə parlamenti tərəfindən qəbul edilmiş qanunların iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi də olduqca əhəmiyyətlidir ki, bu prosesdə də alimlərin iştirakı faydalı ola bilər.  

Sonra suallar cavablandırılıb, geniş müzakirələr aparılıb. Xüsusən də iqtisadi qanunvericiliyin formalaşdırılması prosesinə akademik dairələrin cəlb edilməsi, Milli Məclidə iqtisadi yönümlü qanunların müzakirəsində iqtisadçı alimlərin iştirakının təmin edilməsi məsələləri geniş müzakirə olunub.

XQ

Избранный
2
3
xalqqazeti.az

4Источники