RU

İsrail Livana zərbə endirib: 4 amerikalı ölüb

ain.az, Ayna portalına istinadən məlumat verir.

İsrail ordusunun pilotsuz təyyarəsi mülki şəxsləri daşıyan mülki avtomobili hədəf alıb

İsrailin Livana endirdiyi zərbə nəticəsində amerikalılar həlak olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun pilotsuz təyyarəsi mülki şəxsləri daşıyan mülki avtomobili hədəf alıb. Nəticədə dörd nəfər həlak olub, bir nəfər yaralanıb. Onlar Amerika vətəndaşlarıdır.

Livan Parlamentinin spikeri Nəbih Berrinin sözlərinə görə, ölən amerikalıların üçü uşaq və biri onların atasıdır. Uşaqların anasının isə vəziyyəti ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
ayna.az

1Источники