RU

“74 faiz idxaldan asılılıq faciədir” – İqtisadçıdan xəbərdarlıq

“Nəzərə alsaq ki, dövlətin milli prioritetlərindən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdir, bu halda ərzaq məhsullarında 74 faiz idxaldan asılılıq faciədir. BMT-nin ərzaq təhlükəsizliyi dinamikasına diqqət yetirsək, son 15 ildə ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu o deməkdir ki, biz inflyasiyanı idxal edirik”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib. O bildirib ki, ərzaq məhsullarında idxaldan kəskin asılılığın müxtəlif səbəbləri var:

“Hər hansı bir ərzaq məhsulunun üzərində fokslanıb, ona olan tələbatın 100 faizini daxili istehsalla təmin etmək o demək deyil ki, iqtisadi tarazılığı formalaşdırır. Məsələn, intensiv sürətdə taxıl əkib, bu sahədə asılılığımızı azaldaraq, digər məsələlərdə özümüzə problem yarada bilərik. Yaxud ətin məhsuldarlığını artırmaqla bütün əraziləri örüş zonaları etsək, digər problemlərlə üzləşə bilərik. Burada orta tarazlıq qorunub saxlanmalıdır. Aydın məsələdir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə əməli işləri nəticəsində əldə etmək olar. Nəzərə alsaq ki, dövlətin milli prioritetlərindən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdir, bu halda ərzaq məhsullarında 74 faiz idxaldan asılılıq faciədir. BMT-nin ərzaq təhlükəsizliyi dinamikasına diqqət yetirsək, son 15 ildə ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu o deməkdir ki, biz inflyasiyanı idxal edirik”. Dördpendirli pizza

Ekspert vurğulayıb ki, bu gün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tempi qənaətbəxş deyil:

“Bu gün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tempi qənaətbəxş deyil. Hər cür qanunvericilik bazası olsa da, koordinasiya və sürət yoxdur. Aqrar sahənin inkişafı üçün fermerlərə mütəmadi subsidiyalar verilir. Lakin su yoxdur. Fermer neyniyir o subsidiyanı, torpağı ki su yoxdur. Bunun adı koordinasiya əskikliyidir. Koordinasiya olsa, bu kimi problemlər olmaz”.

Qeyd edək ki, son rəqəmlərə görə, Azərbaycanın ərzaq sahəsində idxaldan asılılığı təqribən 74-75 faiz civarındadır. 

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
12
2
yenisabah.az

3Источники