Bu gün saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Gülcahan Məmmədova
***
16.29
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsinə xəsarət yetirilib.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.