RU

Tusk: Polşa hava məkanına daxl olan obyektləri vura bilər, amma...

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, Varşava onun hava məkanını pozan uçan obyektləri vurmağa hazırdır. Bununla belə, o əlavə edib ki, bu, yalnız bütün NATO müttəfiqlərinin vahid mövqeyi ilə mümkündür.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tuskun fikrincə, hərbi gücdən istifadə qərarı münaqişənin kəskinləşməsinin və kritik mərhələyə keçməsinin qarşısını almaq üçün kollektiv şəkildə qəbul edilməlidir. "Biz münaqişənin çox kritik mərhələsinə gətirib çıxara biləcək addımlar atmazdan əvvəl iki dəfə düşünməliyik", - deyə, baş nazir mətbuat konfransında vurğulayıb.

O qeyd edib ki, əvvəllər hava məkanının pozulmasına hərbi müdaxiləyə çağıran Çexiya prezidenti Petr Pavelin sadəcə mövqeyi belə addımlar üçün yetərli deyil. Polşa təhlükəsizliyi təhdid edən obyektlərin hava məkanını pozduğu təqdirdə məhv etməyə hazırdır, lakin müttəfiqlərinin 100 faizlik dəstəyini tələb edir.

Избранный
5
ikisahil.az

1Источники