RU

BP: Azərbaycan hər bir investor üçün əsl arzu olunan mühitdir

Azərbaycanda biznes aparmağın üstün cəhəti odur ki, son 31 ildə hasilatın pay bölgüsü sazişi əsasında fəaliyyət göstərdiyimiz dövrdə heç bir müddəa investorlarla razılaşmadan dəyişdirilməyib.

"APA-Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"ni, 1996-cı ildə isə Şahdəniz hasilatın pay bölgüsünü imzalayanda götürülən bütün öhdəliklər dövlət tərəfindən tam yerinə yetirilib.

"Bu isə hər bir investor üçün əsl arzu olunan mühitdir. Məhz həmin investisiya dostu mühit və tərəfdaşlıq münasibətləri əsasında biz Azərbaycanda fəaliyyətimizi davam etdirməkdən məmnunuq, təkcə ənənəvi neft-qaz sahəsində deyil, həm də bərpaolunan enerji və enerji keçidi sahələrində"- deyə Bəxtiyar Aslanbəyli əlavə edib

Избранный
5
3
apa.az

4Источники