RU

Bakı aeroportunda həyəcan siqnalı: nə baş verib?

Bakı

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib:

"Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir".
Избранный
2
44
reyting.az

10Источники