RU

“Ozempik”in yeni faydalı təsiri məlumolub

“Ozempik” və onun analoqları yalnız arıqlama və şəkərli diabetin müalicəsində deyil, həm də qaraciyəri alkoqolun zərərli təsirlərindən qoruya bilir. Bu barədə Yel Tibb Məktəbinin alimləri araşdırma aparıb.

Redaktor.az xəbər verir ki, nəticələr "Metabolic Health and Disease" jurnalında dərc olunub.

Təcrübələr zamanı məlum olub ki, dərmanlar qaraciyərdə alkoqolu zərərli asetaldehidə çevirən Cyp2e1 fermentinin aktivliyini azaldır. Nəticədə alkoqol qəbul edən siçanlarda belə zərərli metabolitlərin səviyyəsi xeyli aşağı olub.

Bununla yanaşı, mütəxəssislər qeyd ediblər ki, spirtin parçalanma prosesinin zəifləməsi qanda alkoqolun daha uzun müddət yüksək səviyyədə qalmasına gətirib çıxarır. Bu isə o deməkdir ki, insanlarda da oxşar təsir olarsa, eyni miqdarda alkoqol daha güclü sərxoşluq yarada bilər.

Xatırladaq ki, bir müddət əvvəl Makmaster Universitetinin alimləri artıqçəkidən əziyyət çəkən insanlar üçün yeni “Orforqlipron” adlı arıqladıcı dərman hazırlayıb. İynə vurulmadan qəbul edilən bu preparat 9 ölkədən olan 3127 könüllü üzərində sınaqdan keçirilib və müsbət nəticə verib.

Nuriyyə NATİQQIZI

Избранный
2
1
redaktor.az

2Источники