RU

Tusk Putini hədələdi: Rusiya təyyarələrini vuracağıq

Polşanın baş naziri Donald Tusk Rusiya prezidenti Vladimir Putini Polşa ərazisində istənilən Rusiya təyyarəsini vurmaqla hədələyib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

"Tusk bazar ertəsi Putinə kəskin xəbərdarlıq edərək, Polşanın hava məkanını pozan hər hansı obyekti vuracağına söz verib", - nəşrin müəllifləri təfərrüatı paylaşıblar.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə 20-dən çox pilotsuz uçuş aparatının Polşanın hava məkanını pozması, bəzilərinin vurulması barədə xəbərlər yayılıb. Polşanın baş naziri Donald Tusk insidentdə Rusiyanı günahlandırıb və Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib.

Hadisəni şərh edən Rusiya Müdafiə Nazirliyi silahlı qüvvələrin Polşa ərazisinə zərbə endirmək niyyətində olmadığını bildirib. Bundan başqa, nazirlik bu məsələ ilə bağlı varşavalı həmkarları ilə məsləhətləşmələrə hazır olduğunu bəyan edib.

Избранный
17
publika.az

1Источники