RU

İşaldan azad edilmiş iki kəndə yeni elektrik xətləri ÇƏKİLƏCƏK

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərişıq" ASC Zəngilan rayonunda elektrik infrastrukturunun gücləndirilməsi ilə bağlı yeni tender elan edib.

BAKU.WS-in məlumatına görə, layihə Alıbəyli və Zəngilan kəndlərinin xarici elektrik təchizatının təmin olunmasını nəzərdə tutur.

Müsabiqəyə əsasən, bölgədə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi planlaşdırılır. İşlərin ümumi dəyəri 810 min manatdan çox qiymətləndirilir.

Qeyd edək ki, yeni elektrik xəttinin çəkilməsi kəndlərdə enerji təminatını daha da sabitləşdirəcək, əhalinin fasiləsiz işıqla təmin olunmasına, eləcə də gələcəkdə qurulacaq sosial və iqtisadi infrastrukturun davamlı fəaliyyətinə imkan yaradacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
baku.ws

2Источники