RU

FHN Qusar Mərkəzi Xəstəxanasını cərimələdi

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qusar rayon Mərkəzi Xəstəxanası yenidən cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, mərkəzi xəstəxananın Qusar rayonunun Yuxarı Zeyxur kənd həkim məntəqəsində plan üzrə yoxlama aparılıb. 

Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafiə Xidməti tərəfindən məntəqədə aparılan yoxlama zamanı daxili elektrik naqillərinin izoliyasiyalarının gərginliyinə qarşı müqavimətlərinin ölçülməsi barədə mütəxəssis aktı tərtib edilməməsi, bina avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməməsi faktı aşkarlanıb. 

Aşkarlanmış pozuntulara Qusar rayon Mərkəzi Xəstəxanası barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə "Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, son iki ildə "Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə və onun tabeçiliyində olan tibb məntəqələrində mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlamalar aparılır və cərimələr tətbiq olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
qaynarinfo.az

2Источники