RU

Azərbaycan və Albaniya arasında audiovizual media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 16-19-da Albaniyanın Vlora şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısı çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarovun Albaniyanın Audiovizual Media Qurumunun (AMA) sədri Armela Krasniqi ilə görüşü olub.

Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, görüş zamanı İ.Səttarov AMA-nın təşkilatçılığı ilə "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" mövzusunda keçirilən BRAF-ın 12-ci toplantısını yüksək qiymətləndirib, tədbirin üzv ölkələrin tənzimləyici qurumları arasında əlaqələrin inkişafında, eyni zamanda, qarşılıqlı təcrübənin öyrənilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin daha yüksək mərhələyə qədəm qoyması imkanları mövcuddur.

AMA-nın sədri cari ilin aprel ayında Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən BRAF-ın 11-ci toplantısını xatırlayaraq, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. A.Krasniqi iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu bildirərək, münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu təsdiq edib.

Görüşdə, həmçinin EPRA (Avropa audiovizual media tənzimləyicilərinin platforması) və BRAF çərçivəsində uğurlu birgə əməkdaşlıq, habelə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində audiovizual medianın tənzimlənməsi sahəsindəki çağırışlar və onların həlli istiqamətləri müzakirə olunub.

Избранный
6
azertag.az

1Источники