RU

Macarıstan Estoniya üzərində Rusiya qırıcıları ilə bağlı insidentə münasibət bildirdi

Macarıstan Estoniya hava məkanının Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-31 qırıcıları tərəfindən pozulduğu iddiaları ətrafında NATO üzvü bəzi ölkələrin səsləndirdiyi bəyanatlardan narahatlığını ifadə edib.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto TASS-a açıqlama verib.

“Bəli, biz tamamilə narahatıq. Bu cür hadisələr münaqişənin daha da eskalasiyasına səbəb ola bilər. Biz hələ üç il yarım əvvəl də açıq şəkildə bildirmişdik ki, ən pis ssenari NATO ilə Rusiya arasında birbaşa qarşıdurmadır”, – deyə Siyyarto vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
12
editor.az

1Источники