İngiltərə millisinin hücumçusu Harri Keyn bu mövsüm “Bayern Münhen” forması ilə inanılmaz çıxışı ilə diqqət çəkir.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu 7 qarşılaşmada ümumilikdə 16 qola birbaşa təsir edib.
Matçlar üzrə göstəricilər:
- “Ştutqart” – 1 qol
- “Leyptsiq” – 3 qol
- “Vexen” – 2 qol
- “Auqsburq” – 1 qol, 1 asist
- “Hamburq” – 2 qol, 1 asist
- “Çelsi” – 1 qol
- “Hoffenhaym” – 2 qol
Keyn həm Bundesliqa, həm də Çempionlar Liqasında komandasının hücum xəttinə böyük güc qataraq klubunun əsas liderlərindən birinə çevrilib.
Kamil Xudiyev